«KredoBank» ilin sonunadək üç yeni pulköçürmə sisteminə qoşulacaq

«KredoBank» ilin sonunadək üç yeni pulköçürmə sisteminə qoşulacaq
# 27 oktyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə «Contact» beynəlxalq sürətli pulköçürmə sisteminə qoşulacaq.
Bankın İdarə Heyətinin sədri Baratəli Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu, bankın qoşulduğu 3-cü beynəlxalq pulköçürmə sistemi olacaq. «Planımıza əsasən, ilin sonunadək daha iki sistemə - «Blizko» və «MoneyGram»a qoşulmaq niyyətindəyik. Qeyd edək ki, hazırda bankın müştəriləri «Migom» və «Western Union» sistemlərinin xidmətlərindən istifadə edir», - bank rəsmisi vurğulayıb.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 29,573 mln. manat, kredit portfeli 21,312 mln. manat, depozit portfeli 6,678 mln. manat, məcmu kapitalı 14,648 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir ki, bunun da 6-ı regionda, 5-i isə Bakıda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR