Ümumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək

Ümumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək
# 28 oktyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ümumdünya İqtisadi Forumu bu ilin oktyabr ayının 30-da ilk dəfə olaraq Avropa və Mərkəzi Asiya üzrə iclas keçirəcək. Ümumdünya İqtisadi Forumundan «APA-Economics»ə verilən məlumata əsasən, noyabrın 1-dək davam edəcək iclas İstanbulda (Türkiyə) təşkil olunacaq.
İclasda Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini təmsil edən beynəlxalq və regional səviyyəli biznes qurumların nümayəndələri, həmçinin hökumət rəsmiləri iştirak edəcəklər.
Ümumi iqtisadi və qloballaşma məsələləri, enerji təhlükəsizliyi, Türkiyənin regionda rolu ilə yanaşı toplantıda dünya iqtisadi böhranı, onun regionlara təsiri və çıxış olları müzakirə olunacaq.
Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu 1 mindən çox aparıcı biznes qurumu birləşdirir, onun Davosda (İsveçrə) keçirilən illik iclaslarında əksər ölkələrin başçıları və hökumət nümayəndələri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR