Azərbaycanda bank və sığorta təşkilatlarının mənfəətinin kapitallaşmaya yönəldilən hissəsi vergidən azad olunacaq

Azərbaycanda bank və sığorta təşkilatlarının mənfəətinin kapitallaşmaya yönəldilən hissəsi vergidən azad olunacaq
# 29 oktyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Məclisinin oktyabrın 28-də keçirilən iclasında «Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında» qanun layihəsi ilk oxunuşda qəbul olunub. Bu barədə «APA-Economics»ə Milli Məclisdən məlumat verilib.
Qanun layihəsi bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətin kapitallaşmaya yönəldilən hissəsinin vergidən azad edilməsini nəzərdə tutulur. Qanunda nəzərdə tutulan mənfəət vergisi üzrə güzəştlər 2009-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. Güzəştlərin müddəti isə üç il ərzində qüvvədə olacaq.
Beləliklə, Azərbaycanda dövlət maliyyə sektorunda fəaliyyət göstərən qurumlara yardım göstərməyə başlayıb. Bu prosesin dünya maliyyə böhranının müşahidə olunan dövrlə üst-üstə düşməsi təsadüfi deyil, çünki böhranın Azərbaycana bilavasitə mənfi təsiri olmasa da, bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma qabiliyyətini azalda bilər. Qanunun qəbul edilməsi isə məhz bankların, sığorta və təkrarsığorta şirkətlərinin bu sahədə imkanlarının artırılması məqsədi güdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR