Azərbaycan gələn həftə Vaşinqtonda keçiriləcək mikromaliyyə sammitində iştirak edəcək

Azərbaycan gələn həftə Vaşinqtonda keçiriləcək mikromaliyyə sammitində iştirak edəcək
# 30 oktyabr 2008 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin noyabr ayının 4-7-də Vaşinqtonda (ABŞ) keçiriləcək Mikromaliyyə Assosiasiyalarının X Beynəlxalq Sammitində iştirak edəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
J.Hacıyevanın sözlərinə görə, hər il təşkil olunan bu sammitdə dünyanın bütün mikromaliyyə assosiasiyalarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, sammitdə J.Hacıyeva «İnsan resurslarının strukturu və təkmilləşdirilməsi» mövzusunda geniş məruzə ilə çıxış edəcək.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Quruma 26 maliyyə təşkilatı üzv olub ki, bunun da 14-ü mikromaliyyə təşkilatıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR