Azərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib

Azərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib
# 30 oktyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə oktyabrın 29-da Bakı Fond Birjasında (BFB) keçirilən hərracda gəlirlik səviyyəsi 14 aylıq minimuma düşüb. BFB-dan «APA-Economics»ə verilən məlumata əsasən, ortaölçülmüş qiymət üzrə gəlirlik 6,33% təşkil edib.
Qeyd edək ki, notlar üzrə analoji gəlirlik səviyyəsi sonuncu dəfə yalnız 2007-ci ilin sentyabr ayının əvvəlində müşahidə olunub:




Son zamanlar not bazarında, dha dəqiq isə bu ilin sentyabr-oktyabr ayları ərzində tələbatın təklifi üstələməsi müşahidə olunur. Belə ki, oktyabrın 29-da keçirilən son hərracda tələbat təklifi 2,5 dəfə, ondan əvvəlki hərracda isə 2,9 dəfə üstələyib. Nəticədə, gəlirlik kəskin şəkildə aşağı düşüb. Eyni zamanda, yaranmış vəziyyət mərkəzi bank üçün yerləşdirilən notların həcmini artırmağa imkan yaradıb. Bu da öz növbəsində dövriyyədə olan notların həcmini son iki ayı ərzində artırmasına səbəb olub:




Bankların notlara olan tələbatının artması əvvəlcədən proqnozlaşdırılırdı, çünki sentyabrda banklar tərəfindən istehlak kreditləşməsini dayandırılması nəticəsində likvidliyin artması gözlənilirdi. Qeyd edək ki, istehlak kreditləri ümumi bank kreditləşməsinin təxminən 40%-ni təşkil edir və bu istiqamətə yönəldilən sərbəst pullar digər istiqamətlərə yönəldilib. Bu istiqamətlərdən biri də not bazarıdır. Nəticədə, not bazarında tələbat artır və müvafiq olaraq gəlirlik azalır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR