«Parabank» ilin əvvəlindən aktivlərini 50% artırıb

«Parabank» ilin əvvəlindən aktivlərini 50% artırıb
# 30 oktyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 62,1 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 50,2% çoxdur.
Banklın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2 dəfə genişlənərək 33,3 mln. manata, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 2 dəfə artaraq 31 mln. manata çatıb. Həmçinin, bankın kredit portfeli 80,6% artaraq 39,2 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,9 mln. manat təşkil edib.
Bankın məcmu kapitalı 11,7 mln. manata, o cümlədən nizamnamə kapitalı 9,394 mln. manata bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 15,2 mln. manat, o cümlədən faiz gəlirləri 5,7 mln. manat, qeyri-faiz gəlirləri isə 9,5 mln. təşkil edib.
Xatırladaq ki, Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın 11 filialı, 9 bankomatı, 128 POS-terminalı və 1 687 aktiv plastik kartı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR