Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda dizel yanacağının ixracını 2 dəfədən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda dizel yanacağının ixracını 2 dəfədən çox artırıb
# 04 noyabr 2008 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin oktyabr ayında ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Oktyabr ayında ARDNŞ 33 850 ton avtomobil benzini, 228 439 ton dizel yanacağı, 23 312 ton təyyarə yanacağı, 58 141 ton soba mazutu ixrac edib.
Avtomobil benzinin ixracı sentyabr ayının göstəricisi ilə müqayisədə 12,1%, dizel yanacağının həcmi 2,1 dəfə, təyyarə yanacağının həcmi 50,1% artıb, soba mazutunun ixracı isə 93% azalıb.
Cari ilin yanvar-oktyabr aylarında isə Dövlət Neft Şirkəti 310 613 ton avtomobil benzini, 1 127,259 min ton dizel yanacağı, 189 141 ton təyyarə yanacağı, 440 798 ton soba mazutu ixrac edib.
Qeyd edək ki, oktyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 627,09 dollar, təyyarə yanacağının 755,49 dollar, dizel yanacağının 688,03 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 405,95 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR