Azərbaycandakı bankların nizamnamə kapitalı üzrə renkinqi

Azərbaycandakı bankların nizamnamə kapitalı üzrə renkinqi
# 04 noyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2008-ci ilin oktyabr ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların nizamnamə kapitalının həcminə görə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki bankların nizamnamə kapitalının 2008-ci il oktyabr ayının 1-nə olan həcmi barədə məlumat verilir:

(mln. AZN)

Banklar


Nizamnamə kapitalı

1

Azərbaycan Beynəlxalq Bankı

130,080

2

Paşa Bank

100,000

3

Xalg Bank

53,550

4

Bank Standard

50,000

5

Texnikabank

26,910

6

Kapital Bank

24,000

7

Bank Respublika

22,580

8

Nikoil Bank

22,500

9

Bank Avrasiya

20,000

10

AccessBank

20,000

11

Royal Bank of Baku

16,910

12

Birlik Bank

16,000

13

Turanbank

15,000

14

UniBank

15,000

15

AGBank

15,000

16

Bank of Azerbaijan

14,640

17

AtaBank

14,470

18

NBCBank

13,590

19

Azerdemiryolbank

13,400

20

Kredo Bank

13,040

21

Əmrahbank

12,820

22

Azərbaycan Sənaye Bankı

12,800

23

United Credit Bank

12,110

24

Muğan Bank

12,000

25

Zamin Bank

11,200

26

Günaybank

10,890

27

Atrabank

10,430

28

Azərbaycan Kredit Bankı

10,210

29

Azər-Türk Bank

10,000

30

Gəncəbank

10,000

31

Qafqaz İnkişaf Bankı

10,000

32

Melli İran Bankı Bakı

10,000

33

Deka Bank

9,590

34

Parabank

9,390

35

Debut Bank

8,750

36

Rabitabank

8,000

37

Bank of Baku

6,800

38

Yapı Kredi Bank Azerbaijan

6,350



* «AccsesBank» 2002-ci ilin oktyabr ayından Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyət göstərir və bu ilin sentyabr ayında brendini dəyişdirib.

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 45 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 38 bankın nizamnamə kapitalı əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Kapitallaşmanın səviyyəsinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Bu gün Azərbaycanda yalnız iki bankın - ABB və «Paşa Bank»ın nizamnamə kapitalının həcmi 100 mln. manat (123,640 mln. dollar) həddinə çatıb.
Cədvəldən göründüyü kimi, yalnız 4 bankın nizamnamə kapitalının həcmi 50 mln. manat həddini (61,82 mln. ABŞ dolları), daha 10 bankın kapitalı 20 mln. manat həddini (24,73 mln. ABŞ dolları) keçib. Yalnız 6 bankın göstəricisi 10 mln. manat səviyyəsindən aşağıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR