AÇG üzrə 450 mln. dollarlıq neft bonusu Azərbaycana ödənilib

AÇG üzrə 450 mln. dollarlıq neft bonusu Azərbaycana ödənilib
# 08 iyun 2023 15:48 (UTC +04:00)

2023-cü il üzrə nəzərdə tutulan 450 milyon dollarlıq neft bonusu yanvar ayında Azərbaycan tərəfinə ödənilib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirilib ki, 2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü 16 Tədiyə balansı hesabatı haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. dolar məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulub. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2023-cü ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR