"Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hazırlanan "Açıq Büdcə İndeksi" (ABİ) üzrə büdcə proseslərinin şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilib.
Hesablama Palatasından APA-ya verilən xəbərə görə, 2021-ci ili əhatə edən Hesabatda büdcəyə nəzarət üzrə ali audit orqanlarının subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 89 bal olmaqla, "adekvat" nəticə kimi yüksək qiymətləndirilib.
ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 3-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb.
Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi (89 bal) 120 ölkə arasında bal baxımından 3-cü ən böyük göstəricidir.