"AFB Bank"ın 2022-ci il üzrə maliyyə vəziyyəti məlum olub

"AFB Bank"ın 2022-ci il üzrə maliyyə vəziyyəti məlum olub
# 26 yanvar 2023 10:46 (UTC +04:00)

"AFB Bank" 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

“Apa-Economics” “AFB Bank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 2021-ci illə müqayisədə 17% və ya 1 mln. 581 min manat artaraq 10 mln. 865 min manata yüksəlib.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 30.6% və ya 4 mln.276 min manat artaraq 18 mln. 243 min manata, faiz xərcləri 64.6% və ya 1 mln. 132 min manat artaraq 2 mln. 883 min manata çatib. Xalis faiz gəlirləri dövr üzrə 25.7% və ya 3 mln. 145 min manat artaraq 15 mln. 360 min manata yüksəlib.

Bankın əməliyyat mənfəəti ötən il 2.3 dəfə artaraq 9 mln. 689 min manata bərabər olub. 2021-ci ildə bu göstərici 4 mln.149 min manat idi.

Hesabat dövründə, bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 19.6% və ya 28 mln.67 min manat artaraq 170 mln. 854 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 19 mln. 79 min manat (2021-ci ilə nisbətən 16.3% çox), biznes kreditlərinin həcmi 101 mln. 673 min manat (2021-ci ilə nisbətən 22% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 50 mln. 101 min manat (2021-ci ilə nisbətən 16.5% çox) olub.

2022-ci ildə bankın depozitlərinin həcmi azalıb. Belə ki, 2021-ci ildə ümumi depozitlərin həcmi 117 mln. 272 min manat olduğu halda hesabat dövründə bu göstərici 0.9% və ya 1 mln. 103 min manat azalaraq 116 mln. 168 min manat təşkil edib. Depozitlərdə azalma hüquqi şəxslərin depozitləri ilə bağlıdır. Çünki 2021-ci ildə bankda hüquqi şəxslərin depozitlərinin həcmi 90 mln. 948 min manata bərabər olduğu halda, ötən il bu göstərici 5% və ya 4.6 mln. manat azalaraq 86 mln. 348 min manat təşkil edib.

Ötən il "AFB Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2021-ci illə müqayisədə 11.5% və ya 7 mln. 485 min manat artaraq 72 mln. 282 min manata çatıb.

Bu ilin yanvarın 1-nə " AFB Bank "ın cəmi aktivləri 2021-ci ilə nisbətən 3.7% və ya 10 mln. 144 min manat artaraq 282 mln. 381 min manata yüksəlib. Bankın öhdəliklərinin həcmi isə 4% və ya 7 mln. 851 min manat artaraq 198 mln. 906 min manata bərabər olub.

Hesabat dövründə bankın cəmi kapitalı 18.4% artaraq 83 mln. 474 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR