Agentlik 65 milyon manatlıq ev heyvanı alacaq

Agentlik 65 milyon manatlıq ev heyvanı alacaq
# 28 aprel 2022 09:38 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ev heyvanlarının və nəqliyyat vasitələrinin alınması ilə bağlı elan etdiyi iki tenderə yekun vurub.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ev heyvanlarının satınalınması ilə bağlı tenderin qalibi “Agro Best” və “Az Nest” QSC-lərdən ibarət konsorsium olub. Nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tenderin qalibi isə "AUTOUNİVERSAL" MMC seçilib.

Şirkətlərə müvafiq olaraq 65,988 milyon və 834,260 min manat olmaqla ümumilikdə 66,821 milyon manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR