AİB-in Vitse-Prezidenti ARDNF rəhbərliyi ilə görüşüb

AİB-in Vitse-Prezidenti ARDNF rəhbərliyi ilə görüşüb
# 15 sentyabr 2022 16:41 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) Vitse-Prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF -dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı İsrafil Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə AİB-in nümayəndə heyətinə geniş məlumat verərək, AİB-nin Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.

Şiksin Çen Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirərək, AİB ilə Azərbaycan arasında gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR