Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib - CƏDVƏL

Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib - CƏDVƏL
# 26 iyul 2022 18:29 (UTC +04:00)

Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.

APA xəbər verir ki, bu, Tarif Şurasının bu gün keçirilən iclasında qəbul edilən qərarda əksini tapıb.

Tarif Şurasından bildirilib ki, qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər

(ƏDV-siz, manat)

I

II

III

IV

1.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul imtahanı

1 iştirak üçün

45

2.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

40

3.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul imtahanı

1 iştirak üçün

45

4.

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ)

1 iştirak üçün

45

5.

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (II mərhələ)

1 iştirak üçün

50

6.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanı

1 iştirak üçün

50

7.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (I mərhələ)

1 iştirak üçün

60

8.

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (II mərhələ)

1 iştirak üçün

100

9.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

40

10.

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan

1 iştirak üçün

30

11.

Orta ixtisas təhsili müəssisələrinə və bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə bir fəndən qəbul imtahanı

1 iştirak üçün

30

Qeyd edək ki, indiyə qədər tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri aşağıdakı kimi olub:

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər

(ƏDV-siz, manat)

I

II

III

IV

1.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

20

2.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

20

3.

Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

40

4.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahan (I mərhələ)

1 iştirak üçün

50

5.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahan (II mərhələ)

1 iştirak üçün

60

6.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanı (I mərhələ)

1 iştirak üçün

60

7.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanı (II mərhələ)

1 iştirak üçün

100

8.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

30

9.

Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanı

1 iştirak üçün

10

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR