Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdiriləcək

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdiriləcək
# 07 fevral 2023 17:25 (UTC +04:00)

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamda əksini tapıb.

Nazirlər Kabineti altı ay müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR