AMB bankların dollar tələbinin kəskin artmasının səbəbini açıqlayıb

AMB bankların dollar tələbinin kəskin artmasının səbəbini açıqlayıb
# 15 noyabr 2022 12:37 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 76,2 ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 noyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 3,3 dəfə və ya 53,4 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 22,8 mln. ABŞ dolları təşkil etmişdi.

Mərkəzi Bank bildirib ki, hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR