AMB-nin baş direktoru: "Azərbaycanda “Mir” ödəniş sisteminin fəaliyyəti müzakirə edilir" 

AMB-nin baş direktoru: "Azərbaycanda “Mir” ödəniş sisteminin fəaliyyəti müzakirə edilir" 
# 29 iyul 2022 11:51 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı Azərbaycanda Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.

O deyib ki, hazırda bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.

Fərid Osmanov əlavə edib ki, yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR