Aqrar Sığorta Fondunun rəhbəri fermerlərə çağırış edib

Aqrar Sığorta Fondunun rəhbəri fermerlərə çağırış edib
# 06 oktyabr 2022 17:59 (UTC +04:00)

"Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar".

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı məhsullarının əlçatanlığının təmin edilməsi və sistemin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Cəlilabad rayonunda keçirilən müşavirədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ni əhatə etmək imkanına malik olub. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. Fuad Sadıqov Yardımlıda, Lerikdə mart ayında qar, davamlı yağışların yağması, qarın əriməsi nəticəsində Neftçala rayonu ərazisində olan su hövzələrinin, bəndlərin daşdığını, bütün əkin sahələrinin su altında qaldığını, fermerlərin 100 minlərlə manat məbləğində ziyan çəkdiyini bildirib. Qeyd edib ki, sahələrini sığortalayan fermerlər öz əkin ərazilərinə uyğun olaraq təzminat aldılar və yenidən fəaliyyətlərini davam etdirə bildilər: " Açıq səma altında bir istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil, ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlət tərəfindən yaradılmış mexanizm artıq 2 ildir fəaliyyətə başlayıb. Cəlilabadda aqrar sığorta regional nümayəndəliyinin açılmasında əsas məqsədimiz fermerlərə daha yaxın olmaq, xidmətlərin əlçatanlığını təmin etməkdir".

Bütün aqrar sığorta müqavilələrinin elektron qaydada həyata keçirildiyini vurğulayan Fuad Sadıqov qeyd edib ki, hazırda fermerlər 48 növ məhsulu sığortalaya bilərlər. 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR