ARDNF investisiya portfelində qızıl aktivlərinin payı artıb

ARDNF investisiya portfelində qızıl aktivlərinin payı artıb
# 19 aprel 2022 10:01 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 13,1%-dən (2021-ci ilin nəticələrinə görə) 13,9%-ə yüksəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə ARDNF-nin 2022-ci ilin birinci rübünün nəticələrinə görə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 6 287,4 mln. dollarlıq hissəsini (13,9%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 45 263,33 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR