“Atəşgah” Sığorta Şirkətinin rəhbəri şirkətdən ayrılıb

“Atəşgah” Sığorta Şirkətinin rəhbəri şirkətdən ayrılıb
# 12 yanvar 2023 11:11 (UTC +04:00)

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyev Allahverdi oğlu vəzifəsindən ayrılıb.

Azər Əliyev bu barədə "APA-Economics"ə məlumatı təsdiqləyib. O bildirib ki, öz ərizəsi ilə ötən il dekabrın 30-dan etibarən sığorta şirkətindən ayrılıb. Azər Əliyev artıq sığorta sahəsində deyil, başqa sahədə fəaliyyət göstərəcəyini əlavə edib.

Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. O, həmçinin 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR