AYİB: Azərbaycanda neft-qaz hasilatı iqtisadi artıma kəskin təsir edib

AYİB: Azərbaycanda neft-qaz hasilatı iqtisadi artıma kəskin təsir edib
# 16 may 2023 10:13 (UTC +04:00)

Son iki ildə Azərbaycanda güclü iqtisadi artım Covid-19-dan sonrakı iqtisadiyyatın yenidən canlanması və yüksək karbohidrogen gəlirləri ilə bağlı olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı hesabatda bildirilib.

AYİB qeyd edib ki, 2022-ci ildə iqtisadiyyata böyük valyuta daxilolmalarından yararlandığı üçün qeyri neft-qaz sektorunda 9% artım, ümumi istehsalda isə 4,6% artım olub. Neft və qazın yüksək qiymətləri ixrac gəlirlərini artırıb, eyni zamanda Azərbaycan əsilli Rusiya vətəndaşlarının hesabına xalis pul köçürmələri 6 dəfə artıb.

"2023-cü ilin ilk üç ayı ərzində Azərbaycanın qaz hasilatı Avropanın alternativ qaz tədarüklərinə artan tələbindən faydalansa da, neft və qaz sektorunda hasilatın 4,0 faiz azalması ilə iqtisadi artıma kəskin şəkildə təsir edib və illik 0,4 faiz təşkil edib" - Bank əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR