AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
# 16 may 2023 09:36 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.

Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4,6% müəyyən etmişdi. Bank hesab edir ki, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması, yəni iqtisadi artıma əsas risklər davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR