Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək texnika və materialların siyahısı hazırlanacaq

Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək texnika və materialların siyahısı hazırlanacaq
# 30 dekabr 2022 14:41 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad ediləcək iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində işğaldan azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Qeyd edək ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR