"Azəraqrartikinti" səhmdarlarına dividend ödəyəcək

"Azəraqrartikinti" səhmdarlarına dividend ödəyəcək
# 04 oktyabr 2022 09:46 (UTC +04:00)

Noyabrın 24-də "Azəraqrartikinti" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ASC-nin Müşahidə Şurasından "APA-Economics"ə daxil olan məlumata görə, gündəlikdə hesabat dövrü üçün cəmiyyətin fəaliyyətinin yekunlarının müzakirəsi və balansların təsdiqi (İdarə Heyətinin hesabatı), maliyyə-təftiş komissiyasının hesabatı, səhmdarlarına veriləcək dividendlərin məbləğinin təsdiqi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların növbəti ümumi yığıncağı şirkətin Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 93 saylı ünvanda yerləşən inzibati binasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR