Azərbaycan Asiya İnkişaf Bankının İllik Toplantısında təmsil olunur

Azərbaycan Asiya İnkişaf Bankının İllik Toplantısında təmsil olunur
# 01 may 2023 11:44 (UTC +04:00)

Cənubi Koreyanın İnçion şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısı keçirilir.

"APA-Economics" xəbər verir ki, mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, “Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusu altında keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutur.

Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 5000-ə yaxın iştirakçının bir araya gəldiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafının əsas istiqamətləri, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, post-pandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri və digər qlobal xarakterli məsələlər müzakirə edilir.

Xatırladaq ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR