“Azərbaycan Beynəlxalq Bankı” səhmdarlarına dividend ödəyəcək

“Azərbaycan Beynəlxalq Bankı” səhmdarlarına dividend ödəyəcək
# 20 aprel 2022 09:44 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının iyunun 14-də növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” banka istinadən xəbər verir ki, yığıncaqda üç əsas məsələ gündəlikdə olacaq. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatı müzakirə ediləcək. Bundan əlavə, bankın ötən ilin nəticələrinə əsasən, səhmdarlarına dividend ödəməsi və balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi məsələsi də gündəlikdə olacaq.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR