Azərbaycan iflyasiyaya təsir imkanlarını artıracaq

Azərbaycan iflyasiyaya təsir imkanlarını artıracaq
# 30 dekabr 2021 09:26 (UTC +04:00)

İnflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə sərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində reallaşacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir.

Qeyd edilir ki, bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərin reallaşması başlıca prioritet olacaq.

"Ortamüddətli perspektivdə (2022-2026-cı illərdə) yeni pul siyasəti rejiminə baza keçid şərtlərinin yaradılması çərçivəsində AMB hökumətlə birlikdə dövlət qiymətli kağızları bazarının genişləndirilməsi və aktiv pul bazarının formalaşdırılması, valyuta bazarında təklif kanallarının şaxələndirilməsi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi kimi istiqamətlərdə fəaliyyət göstərəcək", - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR