Azərbaycan ötən il 4,3 mlrd. manatdan çox xarici investisiya cəlb edib

Azərbaycan ötən il 4,3 mlrd. manatdan çox xarici investisiya cəlb edib
# 18 yanvar 2022 15:43 (UTC +04:00)

2021-ci ildə Azərbaycanda əsas kapitala 4,333 mlrd. manat həcmində xarici investisiya cəlb olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 15,3% azdır.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3,970 mln. manatı (91,6%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, ümumilikdə ötən il Azərbaycanda əsas kapitala 16,127 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 8,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR