“Azərbaycan Sənaye Bankı” 8% kiçilib, 65 milyonluq depozit geri çəkilib

“Azərbaycan Sənaye Bankı” 8% kiçilib, 65 milyonluq depozit geri çəkilib
# 26 yanvar 2023 12:51 (UTC +04:00)

”Azərbaycan Sənaye Bankı” 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

APA-Economics” ”Azərbaycan Sənaye Bankı”nın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2022-ci ili 5 mln. 285 min xalis mənfəətlə başa vurub. Bu isə 2021-ci ilə nisbətən 2.4 dəfə və ya 3 mln. 57 min manat çoxdur. Belə ki, bank 2021-ci ildə 2 mln. 228 min manat xalis mənfəət açıqlamışdı.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 7.4% və ya 2 mln. manat azalaraq 25 mln. 74 min manata, faiz xərcləri 19% və ya 2 mln. 732 min manat azalaraq 11 mln.624 min manata çatıb. Xalis faiz gəlirləri dövr üzrə 5.2% və ya 665 min. manat artaraq 13 mln. 381 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti ötən il 82.8% və ya 2 mln. 342 min manat artaraq 5 mln. 173 min manat təşkil edib. 2021-ci ildə bu göstərici 2 mln. 831 min manat idi. Bank hesabat dövründə 1 mln. 19 min. manat mənfəət vergisi ödəyib ki, bu göstərici əvvəlki hesabat dövrü ilə müqayisədə 70% və ya 421 min. manat çoxdur.

Hesabat dövründə bankın kredit portfelinin (müştərilərə verilmiş kredit) həcmi kiçilib. Belə ki, 2021-ci ildə bankin kredit portfelinin həcmi 243 mln. 593 min manat olduğu halda, 2022-ci ildə bu göstərici 0.8% və ya 1 mln. 997 min manat azalaraq 241 mln. 596 min manat təşkil edib.

Ötən il ”Azərbaycan Sənaye Bankı”nın depozit portfeli də kiçilib. 2021-ci ildə bankın depozit portfeli 514 mln. 382 min olduğu halda, 2022-ci ildə bu göstərici 12.5% və ya 64 mln. 707 min manat azalaraq 449 mln. 675 min manat olub.

2022-ci ildə bank kiçilib. Belə ki, bu ilin yanvarın 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 2021-ci ilə nisbətən 8% və ya 64.9 mln. manat azalaraq 747 mln. 621 min manata bərabər olub. Bankın öhdəliklərinin həcmi isə 9.8% və ya 69 mln.523 min manat azalaraq 637 mln. 561 min manat olub.

Hesabat dövründə bankın cəmi kapitali 4.3% artaraq 110 mln. 59 min manata yüksəlib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR