Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 53% artıb

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 53% artıb
# 05 iyun 2023 09:58 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 578 milyon 933,4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53% çoxdur.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyadan Azərbaycana idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 43.1% artaraq 263 milyon 438 dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 63% artaraq 315 milyon 494,41 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Almaniyaya 13 milyon 348 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR