Azərbaycanda bankların aktivləri 28%-ə yaxın artıb

Azərbaycanda bankların aktivləri 28%-ə yaxın artıb
# 29 noyabr 2022 10:08 (UTC +04:00)

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44,660.6 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 illə müqayisədə 27,8% çoxdur.

Bankların aktivlərinin 19,470.7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 31,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,4%-dən 43,5%-ə kimi artıb.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 30,6% artaraq 39,230.6 milyon manata, o cümlədən depozit portfeli 33,7% artaraq 32,192 milyon manata çatıb. Bunun 11,256.5 milyon manatı fiziki, 20,935.5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 28,7%, şirkətlərin banklardakı vəsaitləri isə 36,6 % artıb.

Son bir ildə bank sektorunun balans kapitalı isə 10,2 % artaraq 5,430 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR