Azərbaycanda bankların cəmi aktivləri 2% artıb

Azərbaycanda bankların cəmi aktivləri 2% artıb
# 26 sentyabr 2022 16:10 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında fəaliyyətdə olan bankların cəmi aktivləri 42,404.4 mln. manata kimi artıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayında bankların cəmi aktivləri 2% artıb.

Hesabat dövründə, bankların cəmi öhdəlikləri 37,137.9 mln. manat, balans kapitalı isə 5,266.5 mln. manat olub. Başqa sözlə, avqust ayında bankların cəmi öhdəlikləri 1.9%, balans kapitalı isə müvafiq olaraq 2.5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR