Azərbaycanda BOKT səhmdarlarını toplayır

Azərbaycanda BOKT səhmdarlarını toplayır
# 08 dekabr 2022 09:22 (UTC +04:00)

2023-cü il yanvarın 24-də “Finex Kredit” BOKT ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Bu barədə "APA-Economics"ə BOKT-dan bildirilib. İllik ümumi yığıncaqda 2022-ci ilin yekunları, 2022-ci ilin maliyyə yekunlarının müstəqil auditor tərəfindən aparılmış auditinin nəticələrinin təsdiqi və 2023-cü il üzrə şirkətin inkişaf perspektivləri müzakirə ediləcək.

Bildirilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Qeyd edək ki, səhmdarların illik ümumi yığıncağı Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən “Finex Kredit” BOKT-un baş ofisində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR