Azərbaycanda ən aşağı faizlə ipoteka krediti verən banklar - ARAŞDIRMA

Azərbaycanda ən aşağı faizlə ipoteka krediti verən banklar  - ARAŞDIRMA
# 20 iyun 2022 12:43 (UTC +04:00)

Son zamanlar Azərbaycan bankları daxili ipoteka kreditləri üzrə təkliflərini genişləndirib. Daha aşağı faiz dərəcəsi ilə ipoteka krediti təklifləri artıb.

Bunu nəzərə alaraq “APA-Economics” bankların bu kredit üzrə təkliflərini araşdırıb.

Məlum olub ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 24-ü daxili ipoteka krediti verir. Yalnız “Access Bank” və “Pakistan Milli Bankı”nın Bakı filialından bildirilib ki, müştərilərinə ipoteka krediti ilə bağlı hər hansı təklif nəzərdə tutulmayıb.

Hazırda Azərbaycan banklarının daxili ipoteka kreditləri üzrə təklifləri 6,99-9% arasında dəyişir. Ən aşağı faizlə ipoteka kreditini “Bank VTB” (6.99%), ən yüksək faizlə ipoteka kreditini isə “Bank Melli İran”nın Bakı filialı(17%) təklif edir. Təklif edilən kreditin həcmi isə 6 - 500 min manat arasında dəyişir. Kreditin müddəti 3 - 25 il nəzərdə tutulub. İpoteka krediti üzrə təklif edilən komissiya isə 0,1-1% civarındadır. Bankların əksər hissəsi 0,1% komissiya tətbiq edir. Faiz dərəcəsi ilə yanaşı, ən yüksək komissiyanı da “Bank Melli İran”nın Bakı filialı tətbiq edir (1%). Bəzi banklar isə komissiyanı fərdi qaydada müəyyən etdiyini qeyd edib.

Azərbaycanda bankların daxili ipoteka krediti üzrə təklifləri daha ətraflı aşağıdakı kimidir:

Banklar

Faiz dərəcəsi

Müddət

Məbləğ (AZN)

Komissiya

Tələblər

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI”

6-7%

60 ay

500.000

1%

İmtiyazlı və ya korporativ pərakəndə seqment müştərilər- 15%

Digər müştərilər-25%

7-8%

61-120 ay

8-9%

121-300 ay

“KAPİTAL BANK”

8%

25 il

150.000

Fərdi baxılır

15% ilkin ödəniş

“BANK RESPUBLİKA”

7-8%

3-25il

150.000

0.1%

30% ilkin ödəniş

“AVRASİYA BANK”

7.3%

25 il

150.000

0.1%

-

“ AZƏRBAYCAN SƏNAYƏ BANKI”

7 %

3-25 il

10.000-150.000

0.1%

Alınan əmlakın bazar dəyərinin minumum 30%-i

“AZƏR-TÜRK BANK”

8%

25 il

150.000

0.1%

30% ilkin ödənişlə

“BANK OF BAKU”

8%

25 il

100.000

0.1%

20% ilkin ödənişlə

“PREMİUM BANK”

8%

25 il

150.000

Fərdi baxılır

15% ilkin ödənişlə

“YELO BANK”

7-8%

300 ay

150.000

0.1%

15% ilkin ödənişlə

“RABİTƏ BANK”

8%

25 il

150.000

Fərdi baxılır

15% ilkin ödənişlə

“UNİBANK”

8%

3-25 il

150.000

0.1%

30% ilkin ödənişlə

“MUĞAN BANK”

7%

25 il

150.000

0.1%

20% ilkin ödəniş

“XALQ BANK”

7%

25 il

150.000

0.1%

Alınan mənzilin dəyərinin 30%-i

“TURAN BANK”

7%

25 il

150.000

0.1%

Daşınmaz əmlakın bazar qiymətinin minimum 20%-i

“PAŞA BANK”

8%

20 il

150.000

Fərdi baxılır

15% ilkin ödəniş

“EKSPRESS BANK”

7%

25 il

150.000

0.1%

15% ilkin ödəniş

“ZİRAAT BANK”

8%

3-25 il

150.000

0.1%

30% ilkin ödəniş

“NAXÇIVAN BANK”

8%

25 il

60000

Fərdi baxılır

15% ilkin ödəniş

“YAPI KREDİ BANK”

8%

36-300 ay

150.000

0.1%

30% ilkin ödəniş

BANK “BTB”

7%

3-25 il

150.000

0.1%

30% ilkin ödəniş

“GÜNAY BANK”

7-8%

25 il

150.000

0.1%

30% ilkin ödəniş

BANK “VTB”

6.99%

30 il

150.000

Fərdi baxılır

15% ilkin ödəniş

“MELLİ İRAN BANK” Bakı filialı

17%

36 ay

Evin dəyərindən aslıdır.

1%

Yalnız evi girov qoyub, pul götürmək olar

BANK “AFB”

7%

300 ay

150.000

Kredit məbləğinə görə dəyişir

Əmək haqqı kartı “AFB” bankdan olanlara

8%

2013-cü ildən sonra tikilən yeni binalara-20% ilkin ödəniş

2013-cü ildən əvvəl tikilən binalara-30% ilkin ödəniş

Bağ evlərinə isə- 30% ilkin ödəniş

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR