Azərbaycanda gələn ildən korporativ istiqrazlara zəmanət veriləcək

Azərbaycanda gələn ildən korporativ istiqrazlara zəmanət veriləcək
# 11 noyabr 2022 12:02 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı real sektorun kapital bazarlarına cəlb edilməsi üçün addımlar atır. Bu ilin avqust ayında korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmi təsdiq edilib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, kreditlərə zəmanət mexanizmi fəaliyyət göstərdiyi kimi, istiqrazlara da bu mexanizm tətbiq olunacaq.

“Kapital bazarları vasitəsilə maliyyələşmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqraz buraxa biləcəklər. Bu məqsədlə hazırda müvafiq qaydalar hazırlanmaqdadır. Gələn ilin yanvar ayına kimi istiqrazlara zəmanət verilməsi qaydası təsdiq ediləcək", deyə S. İsmayılov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR