Azərbaycanda illik inflyasiya 4±2% intervalında qorunacaq

Azərbaycanda illik inflyasiya 4±2% intervalında qorunacaq
# 22 iyul 2022 13:12 (UTC +04:00)

Ölkənin fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq.

APA-Economics” xəbər verir ki, bu hədəf Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında yer alıb.

Sənəddə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcəyi, bu şəraitdə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılacağı əks olunub.

Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR