Azərbaycanda ötən il dövlət xətti ilə 354 mln. manatlıq ipoteka krediti verilib

Azərbaycanda ötən il dövlət xətti ilə 354 mln. manatlıq ipoteka krediti verilib
# 05 yanvar 2022 11:00 (UTC +04:00)

2021-ci il ərzində Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 354,402 mln. manat həcmində 5 270 ipoteka krediti verib.

"APA-Economics"in İKZF-nin məlumatları əsasında apardığı hesablamalara görə, verilən kreditlərin həcmi 2020-ci il ilə müqayisədə 41,5%, sayı isə 46,3% artıb.

Sahibkarlara Fondun zəmanəti ilə verilmiş kreditlərin ümumi məbləği isə ötən il ərzində 9,3 dəfə azalaraq 17,378 mln. manat təşkil edib.

Qeyd edək ki, təkcə dekabr ayında İKZF xətti ilə 28,317 mln. manatlıq 373 ipoteka verilib ki, bu da noyabr ayı ilə müqayisədə məbləğ ifadəsində 24,2% say ifadəsində isə 20,3% çoxdur. Sahibkarlara zəmanətlə verilmiş kreditlərin ümumi məbləği 13,4 mln. təşkil edib ki, bu da aylıq müqayisədə 119,6 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR