Azərbaycanda ötən il icmal büdcənin profisiti proqnozu 6,5 dəfə üstələyib

Azərbaycanda ötən il icmal büdcənin profisiti proqnozu 6,5 dəfə üstələyib
# 23 yanvar 2023 13:26 (UTC +04:00)

Operativ məlumata əsasən, 2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur.

APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, icmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur.

2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR