Azərbaycanda qazanxanaların iş prosesi rəqəmsallaşdırılır

Azərbaycanda qazanxanaların iş prosesi rəqəmsallaşdırılır
# 15 noyabr 2022 11:42 (UTC +04:00)

“Azərisitiliktəchizat” ASC fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında Tədbirlər Planının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin sərəncam layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, islahatlar üzrə proqrama əsasən “Azəristiliktəchizat” ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması və gücləndirilməsi istiqamətində bir sıra layihələr hazırlanıb və icrasına başlanılıb.

Maliyyə, satınalmalar, insan resursları, abonent və müştəri xidmətləri, Çağrı Mərkəzi kimi vacib funksiyaların rəqəmsallaşdırılmasına başlanılıb.

"Şirkətin kommersiya fəaliyyətinin genişləndirilməsi üçün yeni xidmət sahələrinin yaradılması üzərində araşdırma və texniki iqtisadi əsaslandırmaların hazırlanması işlərinə start verilib", - deyə İ.Mirzəyev qeyd edib.

Qazanxanalarda texnoloji prosesin real vaxt rejimində izlənilməsi məqsədi ilə uzaqdan nəzarət sistemi avadanlıqlarının quraşdırılması sahəsində çevik və effektiv ictimaiyyətlə əlaqələr və kommunikasiya işi qurulub, müvafiq sistem və korporativ bacarıqlar yaradılması üzrə işlər davam etdirilir. İT infrastrukturunun təkmilləşdirilməsi üçün daxili şəbəkə sistemi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR