Azərbaycanda sığorta şirkəti nizamnamə kapitalını 6 milyon manatdan çox azaldıb

Azərbaycanda sığorta şirkəti nizamnamə kapitalını 6 milyon manatdan çox azaldıb
# 18 noyabr 2022 11:05 (UTC +04:00)

"Azsığorta" şirkəti nizamnamə kapitalını 6,3 milyon manat azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Məlumata görə, sığorta şirkəti nizamnamə kapitalını 20 milyon 300 min manatdan 14 milyon 7 min manata endirib.

Qeyd edilib ki, hazırda şirkətin hər bir səhmin nominal dəyəri 203 min manat olmaqla cəmi 69 səhmi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR