Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 21% artıb

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 21% artıb
# 19 iyul 2022 11:03 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz və ya 385 milyon 800,6 min manat artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, daxilolmalar üzrə proqnoz 236 milyon 627 min manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artaraq 1 milyard 389 milyon 225,2 min manat təşkil edib, proqnoz 119,5 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 77 milyon 35,8 min manat olub, proqnoz 117,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 55,9 milyon manat təşkil edib, proqnoz 126 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz artaraq 385,8 milyon manat olub, proqnoz 107 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 54,9 faiz artaraq 259,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 106,2 faiz icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR