Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 403 mln. dollara çatıb

Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin mənfi saldosu 403 mln. dollara çatıb
# 17 iyul 2019 13:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 420,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,6% azdır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 96,5% azalaraq 9 024,8 mln. dollar, idxalın həcmi isə 86% artaraq 411,9 mln. dollara bərabər olub.

Bu ilin yanvar-iyun aylarında 402,8 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da cari il ərzində iki ölkənin ticarət dövriyyəsində yaranmış mənfi saldonun ən yüksək göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR