Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artıb

Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu kəskin artıb
# 21 dekabr 2021 12:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 13,422 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 50,9% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı illik 74,8% artaraq 11,497 mlrd. dollar, idxalı isə 16,9% azalaraq 1,925 mlrd. dollar təşkil edib.

Nəticədə, cari ilin ilk on bir ayında 9,573 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisəd 2,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR