Azərbaycanın ilkin gəlirlər balansındakı kəsir 6% azalıb

Azərbaycanın ilkin gəlirlər balansındakı kəsir 6% azalıb
  • Clock-gray 10:40
  • calendar-gray 16 Sentyabr 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft-qaz sektoru üzrə 1,1 mlrd. ABŞ dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 266,2 mln. dollarlıq profisit yaranıb. Nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin müvafiq dövrünə nisbətən 6,1% azalaraq 850,3 mln. dollar təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2,3 mlrd. dollar olub.

Bunun 68,6%-i (1,6 mlrd. dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (952,2 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (177,3 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (244,5 mln. dollar) təşkil edib.

"Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 266,1 mln. dollarlıq profisitin yaranmasının əsas səbəbi dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır", - deyə AMB-nin məlumatında qeyd olunub.

APA-Economics

Digər xəbərlər

Arxiv

date