Azərbaycanın müsbət xarici ticarət saldosu kəskin artıb

Azərbaycanın müsbət xarici ticarət saldosu kəskin artıb
# 21 dekabr 2021 11:08 (UTC +04:00)

Bu il yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30,209 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 32,8% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin ilk on bir ayında ixrac 19,799 mlrd. dollar, idxal isə 10,410 mlrd. dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 51,6%, idxalı isə 7,5% artıb.

Nəticədə, hesabat dövründə 9,390 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR