Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfə üstələyib

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində idxal ixracı 3 dəfə üstələyib
# 17 sentyabr 2019 16:59 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 828 138,4 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 351 138,1 min dollar və ya 23,8% çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi 45 778,7 min dollar və ya 11,1% artaraq 457 742,5 min dollara, idxalın həcmi isə 305 359,4 min dollar və ya 28,7% artaraq 1 065 036,5 min dollar təşkil edib. Göründüyü kimi, cari ilin ilk səkkiz ayında idxal ixracı 3 dəfəyə yaxın üstələyib.

Hesabat dövründə 912 653,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 259 580,7 min dollar və ya 39,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR