Azərbaycanın xarici ticarət dövriyyəsi 24.8 mlrd. ABŞ dolları təşkil edib

Azərbaycanın xarici ticarət dövriyyəsi 24.8 mlrd. ABŞ dolları təşkil edib
# 15 sentyabr 2022 16:19 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları üzrə xarici ticarət dövriyyəsi 24.8 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, neft-qaz sektoru üzrə 16.4 mlrd. dollar həcmində profisit qeyri-neft sektoru üzrə 3.4 mlrd. həcmində kəsiri bağlayıb.

Nəticədə hesabat dövründə xarici ticarət balansında 13 mlrd. həcmində profisit yaranıb. 2022-ci ilin 6 ayında Azərbaycanın dünyanın 167 ölkəsi ilə ticarət əlaqələri olub.

Xarici ticarətin 9.9%-i MDB üzvü olan ölkələrin, 90.1%-i isə digər xarici ölkələrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR