“Azinvestkredit" nizamnamə kapitalını kəskin azaldıb

“Azinvestkredit" nizamnamə kapitalını kəskin azaldıb
# 14 mart 2023 16:16 (UTC +04:00)

“Azinvestkredit Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalını azaldıb.

"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, şirkətin nizamnamə kapitalı 245 min manat azaldılaraq 552 min manatdan 307 min manata kimi endirilir.

Qeyd edək ki, BOKT Tamara İsmayılova və Əkbər İsmayılov adlı şəxslərə məxsusdur. Onların hər birinin BOKT-dakı payı 50%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR