“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb

“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb
# 22 iyul 2022 16:49 (UTC +04:00)

Bank BTB” ASC 2022-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bank bu dövrü xalis zərərlə başa vurub. Belə ki, bankın faiz gəlirləri 12,997 milyon manat (2021-ci ilin eyni dövrünə nisbətən 5,8% çox), faiz xərcləri 8,035 milyon manat (7% çox), xalis faiz gəlirləri isə 4,962 milyon manat (4,2% çox) olub.

Bankın qeyri-faiz gəlirləri 3,5% artaraq 2,704 milyon manata, qeyri-faiz xərcləri 1,3% artaraq 7,592 milyon manata, əməliyyat mənfəəti 74 min manata bərabər olub.

Bank BTB” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmaları 5,348 milyon manat azaldıb, bankın mənfəət vergisi ödəməsi olmayıb.

Son nəticədə bank bu ilin ikinci rübünü 5,274 milyon manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə isə bank 538 min manat xalis mənfəət açıqlamışdı.

Bu ilin iyulun 1-nə Bankın cəmi aktivləri 0,2% azalaraq 354,384 milyon manat təşkil edib.

Bankın cəmi öhdəlikləri 1,3% artaraq 304,629 milyon manata yüksəlib, cəmi kapitalı isə 9,3% azalaraq 49,755 milyon manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR