Banklar valyuta hərracında 11,6 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 11,6 mln. dollar cəlb edib
# 28 iyun 2022 12:28 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 11,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 iyun 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 71,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR